RU

Almaniya Ukraynaya 600 milyon avro ayırdı

Berlin Kiyevə daha bir yardım paketi təqdim edəcək. Bu dəfə məbləğ 600 milyon avro olacaq.
Bakupost.az "KP"-yə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
Alman siyasətçi vəsaitin ayrılmasını cümə günü, oktyabrın 11-də elan etmək qərarına gəlib. O bildirib ki, Almaniya Ukraynanın silahlanmasına bundan sonra da töhfə vermək niyyətindədir. Buna görə də hərbi yardım üçün 600 milyon avro ayıracaq.
Eyni zamanda, Şolts vurğulayıb ki, silah tədarükünə də diqqət yetiriləcək. Hava hücumundan müdafiə sistemlərinə üstünlük veriləcək. Berlinin Kiyevi hansı sistemlərlə təchiz etmək istədiyi hələlik məlum deyil.
Paralel olaraq Almaniya Ukraynanı danışıqlara çağırmaqda davam edir. Almaniya kansleri hətta bu məqsədlə konfransın keçirilməsi üçün ayrıca şərait yaradılmasını təklif edib.
Избранный
89
44
sherg.az

10Источники