RU

Rusiyaya görə İrana sanksiyalar

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də Rusiyaya ballistik raketlərin ötürülməsi iddiasına görə İrana qarşı sanksiyaları təsdiq edəcəklər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.

"Nazirlər ballistik raketlərin Rusiyaya ötürülməsinə görə İrana qarşı sanksiyaları təsdiqləyəcəklər", - o deyib.

Xatırladaq ki, "The Wall Street Journal" adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Daha sonra İran bəyanat yayaraq xəbərin yalan olduğunu açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
51
50
milli.az

10Источники