RU

COP29-a çamur atmayan "bircə Amerika pastoru" qalmışdı- Cimin də dərdi "Qarabağ imiş"...

Image

Xəyal Bəşirov: “Bu COP29 tədbirindən Azərbaycana qarşı istifadə edilməsi bir oyundur, növbəti bir təxribatdır”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməyə hazırlaşmasını Ermənistanla yanaşı erməni quyruqları, ermənipərəst qüvvələr də heç cür həzm edə bilmirlər. 

Odur ki, Azərbaycanla bağlı qara piar kampaniyası aparırlar, ölkəmizin əttafında çirkin, məkrli oyunlar qurmağa çalışırlar. Erməni lobbisinin pulu hazırda dünyanın bir sıra ölkələrində dövlət adamlarının, parlamentarilərin, eləcə də jurnalistlərin, blogerlərin, siyasi şərhçilərin cibinə axır. Alınıb-satılmağa öyrənmiş bu tip insanlardan antiazərbaycan siyasətində istifadə olunur, onlar vasitəsilə də ölkəmizə qarşı qara piar aparılır. Əlbəttə, bu heç bir nəticə verməyəcək. Necə deyərlər, milçək bir şey deyil, amma könül bulandırır.  

Erməni havadarlarının sırasına amerikalı pastor, “Well Versed Word”ün yaradıcısı Cim Qarlou da qoşulub. Cim o qədər hissə qapılıb və gözlərini erməni lobbisinin çirkli pulları elə tutub ki, əsl işğalçını, etnik təmizləmə aparanı, müharibə canisini - Ermənistanı və erməniləri görmür. 

Qarlou bir məqalə yazıb və məqaləsində o, ABŞ xristianlarını Azərbaycanda COP-29-u boykot etməyə və bu konfransın keçiriləcəyi məkanın dəyişdirilməsini tələb etməyə çağırıb. 

Gerçəkliklərdən xəbərsiz olan və erməni qabını yalayan pastorun dərdi demə ki, Qarabağdan köçüb getmiş ermənilər imiş. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan hökuməti öz torpaqlarında guya “etnik və dini təmizləmə siyasəti” həyata keçirib. Azərbaycan hökuməti guya  “erməni mülki şəxsləri, siyasi liderləri və hərbiçiləri” “əsir saxlayır”.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, əli azərbaycanlıların qanına batmış, ərazilərimizdə bölücülüklə, mərkəzi hakimiyyətə qarşı itaətsizliklə, separatçılıqla, terrorla, işğalla məşğul olan separatçı liderləri həbs etməsi faktını həzm edə bilməyən pastor bizə qarşı həqiqətdən uzaq fikirlər işlədir. Deyir ki, erməni separatçılarını həbs etdiyi üçün   Azərbaycan iqlim konfransına ev sahibliyi edə bilməz. Öz aləmində dünya ictimaiyyətinə səslənib ki, bu konfransı “boykot” etsinlər. Guya 120 min erməni “etnik təmizləmə nəticəsində Azərbaycanı tərk edib”. Saxta 120 min rəəqminin ardınca düşən, bunu əlində bayraq edən pastorun bir azca insafı olsaydı, vaxtilə Ermənistanın işğalı nəticəsində Azərbaycanın öz ərazisində qaçqına çevrilən 1 milyon azərbaycanlının taleyindən də danışardı, etnik təmizləməyə məruz qalan, öz dədə-baba yurdlarından deportasiya edilən 300 mindən çox Qərbi azərbaycanlının faciəvi taleyindən bəhs edərdi. Amma o bunların əvəzinə uydurma şeylərin quyruğuna düşüb gedir. 

Gördüyünüz kimi, COP29-a qarşı danışmayan tək bu pastor qalmışdı o da danışdı. Deyir ki,  ya COP29 boykot olunmalı, ya da yeri dəyişməlidir.

Bu adam aşkar şəkildə erməniləri müdafiə edir, erməni ağzı ilə danışır. O, cani separatçıların türmədən buraxılmasını tələb edir. Sırf erməni planıdır, həbsdə olan cani ermənilərdən istifadə edib  COP-u ləkələmək, COP-dan istifadə edib separatçı caniləri azadlığa çıxarmaq istəyirlər.

“Bu tədbir bitəndən sonra ABŞ pastorunun da, onun kimilərinin də səsi kəsiləcək”

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29 tədbiri ilə bağlı Azərbaycana qarşı səfərbərliklərin açıq şəkildə şahidiyik: “Əslində, COP29 tədbirini əldə əsas tutub tutub Azərbaycana qarşı istifadə etmək istədikləri o məqamlar ortadadır. Söhbət təbii ki, dünyada Azərbaycana qarşı bu istiqamətdə addın atanlardan gedir. ABŞ-dan olan ermənipərəst qüvvələrdən, Fransadan, Avropanın digər dövlətlərundən, daha sonra beynəlxalq təsisatlardan gedir. X.Bəşirov qeyd edti ki, o təsisatlar ki, həmişə Azərbaycana qarşı qərəzli olublar. Bir sıra təşkilatlar var ki, bizə qarşı qərəzlərini açıq göstəriblər. “Bu təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Torpaqlarımız işğal altında olanda da, Azərbaycanın 1 milyon vətəndaşı qaçqın-köçkün vəziyyətində olanda da eyni münasibəti göstəriblər. O vaxt da Azərbaycana qarşı eyni ritorikadan istifadə edirdilər. İndi də Azərbaycan ərazi bütövlüyünü təmin edəndən, işğala son qoyandan sonra eyni fikirləri səsləndirirlər. Bu qüvvələrin Azərbaycana qarşı mövqeyi qərəzlidir. COP28 tədbiri keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Əslində onlara qarşı da təxminən eyni fikirlər səsləndirildi, əsassız itthamlar edilirdi. İndi də Azərbaycana qarşı o fikirlər səsləndirilir. Yadımızdadır ki, keçən il COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı dünya dövlətləri yekdil səs çoxluğu ilə buna səs verdilər. Yəni razılıqlarını bildirdilər. İndi proseslərin gedişatına nəzər yetirək. Həmin dövlətlər ki Azərbaycana razılıq vermişdilər, ABŞ, Fransa və beynəlxalq təşkilatların mövcud olduğu digər dövlətlərdən Azərbaycana qarşı fikirlər səsləndirilir.  

Həmin o dövlətlərin hamısı, hətta Ermənistanın özü belə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı razılıqlarını vermişdilər. Bu gün Azərbaycana qarşı ittiham kimi istifadə etdikləri o məsələlər mövcud idi. Azərbaycan keçən il həmin o cinayətkarları həbs etmişdi, onlar Azərbaycanda istintaq təcridxanasında idilər. Eyni zamanda Azərbaycana qarşı “siyasi məhbus” ittihamını ortaya qoyurlar. Onların “siyasi məhbus” hesab etdikləri adamlar keçən il də həbsdə idilər. Yəni bu gün Azərbaycana qarşı ittiham kimi istifadə etdikləri o hadisələrin hamısı Azərbaycana COP29-un ev sahibliyi ilə bağlı razılıq verərkən baş verimişdi, O şəxslər “siyasi məhbusdursa”, o canilər buraxılmalıdırsa, yaxud Azərbaycanla bağlı səsləndirilən digər fikirlərin hamısı varsa, bəs nə üçün Azərbaycanın ev sahibliyinə razılıq vermişdilər? Deməli, bu COP29 tədbirindən Azərbaycana qarşı istifadə edilməsi bir oyundur, növbəti bir təxribatdır”.

X.Bəşirovun fikrincə, COP29 tədbirinin Azərbaycanda keçirilməsinə razılıq verməklə həmin o qüvvələrin bir neçə məkrli niyyətləri vardı. “Onlardan hər biri həmin o tədbirə razılıq verib və məqsədləri  dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda ölkəmizə qarşı səfərbər olunmaq, itiihamlar səsləndirmək, bu yolla Azərbaycana təsir göstərməkdir. Digər bir məqam isə o cinayətkarların azad olunmasına nail olmaqdır. Eyni zamanda da Ermənistanla sülh sazişi imzalamaq ərəfəsində Azərbaycana təsir göstərərək ölkəmizin tələm-tələsik, yarımçıq, Ermənistana güzəştin mövcud olduğu sülh sazişini imzalamq məqsədinə nail olmaqdır. Məqsəd, niyyət budur. Baş verənlər də onu göstərir. Düşünürəm ki, Azərbaycan tərəfi öz prinspiallığını göstərməkdə davam edir və Azərbaycan hesab edir ki, COP29 tədbiri təkcə bizim üçün deyil, ümumilikdə bəşəriyyət, insanlıq, qlobal olaraq dünya üçün keçirilən bir tədbirdi. Azərbaycan belə yüksək səviyyəli, beynəlxalq aləmdə ən nüfuzlu tədbirlərdən biri olan bu tədbirə ev sahibliyi etməklə, əslində özünün qazanmasından daha çox dünyanın, insanlığın, bəşəriyyətin, dünya iqliminin qazanmasını reallaşdırmaq istəyir. Amma bunu əllərində əsas tutub Azərbaycana qarşı səfərbər olanlar bir daha sübut edirlər ki, onlar üçün bəşəriyyət, insanlıq, dünya, dünyanın iqlim dəyişikliyi elə də böyük önəm kəsb etmir. Onlar üçün əsas məqam onların maraqlarıdır. Onlar hər bir məsələdən, hər bir arqumentdən, hər bir prosesdən öz maraqları istiqamətində qanuni və yaxud qanunsuz, huquqi və ya qeyri-hüquqi şəkildə istifadə etməkdə qərarlı olduqlarını bir daha göstərdilər. COP28 tədbiri ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinə qarşı ittihamedici kampaniya dayandı. Azərbaycana qarşı da eyni addımlar olacaq. Amma biz bu tədbiri keçirəcəyik. Kimin nə deməsi bizim üçün maraqlı deyil. Bu tədbir bitəndən sonra ABŞ pastorunun da, onun kimilərinin də səsi kəsiləcək. Onların qərəzli mövqeyi heç nəyi həll etmir. ABŞ pastoru erməni ağzı ilə danışır və fikirləri tamamilə qərəzlidir. 

Proses yenə də davam edir. Keçən dövrkü proseslərə nəzər salsaq, eyni addımların şahidi olacağımızı düşünürəm” - deyə X.Bəşirov qyed etdi.

İradə SARIYEVA





Избранный
87
50
baki-xeber.com

10Источники