RU

Van Deyk: “Mövsümə belə başlanğıcdan məmnun qala bilərik”

“Liverpul”un niderlandlı müdafiəçisi Vircil van Deyk həmvətəni Arne Slotun rəhbərliyi altında mövsümə uğurlu başlanğıcdan söhbət açıb.

Arena.az təcrübəli futbolçunun niderlandlı mütəxəssisin fəaliyyəti barədə fikrini təqdim edir:

“Hələ azacıq işimiz var, amma hər halda bu, yaxşı başlanğıcdır. Düşünürəm ki, nəticələrdən razı qala bilərik. Mövsüm uzun olacaq, qarşıda çoxlu oyunlar var. Biz hələ də yeni baş məşqçinin tələblərinə alışırıq, amma oyunumuzdakı dəyişikliklərin möhtəşəm olduğunu deyə bilmərəm. Aydındır ki, Arne Slotun öz əsasları və öz fikirləri var, amma biz bunu öyrənir və buna uyğunlaşdırırıq. Biz çox çalışmalı və soyuqqanlı qalmalıyıq”, deyə Van Deyk bildirib.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının 7 turundan sonra 18 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki həmin vaxt 84,65 milyon avro müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 1 qol vurub. Holland müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 279 oyun, 24 qol, 12 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 77 oyuna çıxıb, 9 qol vurub.

“Transfermarkt” internet-portalı 33 yaşlı holland müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
8
1
arena.az

2Источники