"Milan" yeni transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, klub "Kristal Pelas"dan İsmaila Sarrı heyətinə qatmağı düşünür. Bu barədə "Gazetta della Sport" nəşri məlumat yayıb. 

İtaliya klubu Sarr üçün qışda 15 milyon avro təklif edir.