RU

İsrailin mərkəzi PUA-larla vuruldu: Baş qərargah rəisi həlak olub? - 3 nəfərin öldüyü, 67 nəfərin yaralandığı hücumla bağlı şok açıqlamalar yayıldı (FOTOLAR) -Yenilənib

İsrail mediası yazır ki, "Hizbullah"ın Hayfaya zərbəsi nəticəsində 3 nəfər ölüb.

Mia.az İsrail mediasına istinadla xəbər verir ki, hücum savaın indiyə qədərki "ən ağrılı gecə”si  sayıla bilər.

Bu gün kamikadze PUA-lar İsrailin "qəlbi"nə atəş açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hayfa şəhərinə hücum nəticəsində 4-ü ağır olmaqla, azı 67 nəfər yaralanıb. 

Məlumatda diqqətçəkən digər məqam budur ki, İsrail hava nüdafiə sistemləri PUA hücumlarından "xəbər tuta" bilməyib: "Bu səbəbdən partlayıcı dolu PUA Hayfa şəhərinin cənubunda Binyamin bölgəsinə "öldürücü zərbə" vurub".

"Hizbullah" hücumu üzərinə götürüb: "İsrail ordusunun Hayfa şəhərinin cənubundakı Binyamina bölgəsindəki Qlolani Briqadasının təlim bazasına PUA-larla dəqiq hədəflənmiş zərbələr vurulub. Bu, Qəzzada Fələstin xalqının müqavimətinə dəstək , Livan və xalqını müdafiə etmək və Beyrutdakı Basta və Nuveyri məhəllələrinə edilən hücumlara cavab olaraq həyata keçirilib".

"Hizbullah" əlavə edib ki, öz ölkələrini və xalqlaırnı qorumağa hazırdırlar: "Düşmənin qarşısını almaq qətiyyətimizdənbir an olsun vax keçməyəcəyik".

Firudin Səfərli

MİA.AZ

Избранный
26
6
mia.az

10Источники