RU

"Çalışacağıq burada Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın"

"Çalışacağıq məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Mütəxəssis məşqçilər korpusunda dəyişikliklər ediləcəyini söyləyib:

"Bu məsələdə İlqar Qurbanovla danışmışıq. Çalışacağıq məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın.

Amma məşqçi təkcə Azərbaycan dilində danışmağı bacarmalı deyil".

Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

Избранный
70
sportinfo.az

1Источники