"Çalışacağıq məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Mütəxəssis məşqçilər korpusunda dəyişikliklər ediləcəyini söyləyib:
"Bu məsələdə İlqar Qurbanovla danışmışıq. Çalışacağıq məşqçilər korpusunda Azərbaycan dilində göstərişlər verən məşqçi də yer alsın.
Amma məşqçi təkcə Azərbaycan dilində danışmağı bacarmalı deyil".
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.