RU

NATO Şimali Avropada genişmiqyaslı nüvə təlimlərinə başladığını elan edib

Bakı. Trend:

NATO-nun illik genişmiqyaslı “Steadfast Noon” nüvə təlimləriŞimali Avropada başlayıb. Təlimlərdə alyansın 13 ölkəsindən 2 minhərbçisi və 60-dan çox təyyarə iştirak edəcək.

Trend xəbərverir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"2024-cü il oktyabrın 14-də NATO illik “Steadfast Noon” nüvətəlimlərinə başlayacaq, bu təlimlərdə 60-dan çox təyyarə QərbiAvropa üzərində təlim uçuşları həyata keçirəcək", - məlumatdabildirilir.

Qeyd edək ki, nüvə təlimləri hər il oktyabr ayında keçirilir.Təlimlərə döyüş silahlarından istifadə etmədən qırıcı təyyarələrinuçuşları daxildir. Bu il təlimlər Belçika və Niderland üzərində,eləcə də Danimarka, Birləşmiş Krallıq və Şimal dənizi üzərindəkihava məkanında keçiriləcək.

Məqalədə:
Избранный
40
2
az.trend.az

3Источники