RU

Türkiyə XİN: “BMT TŞ hücumların qarşısını almağa borçludur”

 

  Türkiyə bəyan etdi ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvləri İsrailin BMT qüvvələrinə qarşı hücumlarının qarşısını almağa borcludurlar.

  Türkiyə Xarici İşlər Nazirliyi İsrailin BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələri - UNİFİL-i hədəf alan hücumuna reaksiya verib.

  Açıqlamada deyilir: “UNİFİL bölgənin təhlükəsizliyinə töhfə vermək üçün təyin edilib. İsrailin müharibəni bölgəyə yaymaq fikri ilə hərəkət etdiyini nəzərə alsaq, UNİFİL-in rolu daha vacibdir. Amma bu qüvvələrə müntəzəm hücumlar göstərir ki, İsrailin baş naziri Benyamin Netanyahu hökuməti Livana qarşı işğalçılıq siyasəti aparır və hər an silahdan istifadə etməyə hazırdır.

  BMT qüvvələrini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası şəxsən təyin edib. Şura üzvləri İsrailin BMT qüvvələrinə qarşı hücumlarının qarşısını almaq məcburiyyətindədir.

  Bütün dövlətləri İsrailə və onu silahlandıran ölkələrə qarşı ortaq mövqe nümayiş etdirməyə çağırırıq”.



Избранный
102
7
trt.net.tr

10Источники