RU

Uyğun kontrasepsiya üsulunun seçilməsi üçün mütləq ginekoloqla müzakirə edib, bərabər qərar verilməlidir - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiyaİnstitutunun həkim mama-ginekoloqu Zərxanım Məmmədova nazirliyinrəsmi saytına müsahibə verib.

Trend həminmüsahibəni təqdim edir:

- Doktor, ilk öncə kontrasepsiya üsulu haqqında məlumatverərdiniz...

- Kontrasepsiya – arzuolunmaz hamiləliyin baş verməsininqarşısının alınması üsuludur. Beləliklə, həm ailə arzuolunmazhamiləlikdən qorunur, həm də qadın üçün uşaqsalma (abort) təhlükəsiyaranmır.
Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyil və o,orqanizmə ciddi ziyan vurur. Bundan başqa, abort cərrahi müdaxiləolduğundan, hər bir cərrahi əməliyyata xas olan müvafiq risklərivar.
Kontrasepsiya cinsi fəallıq zamanı hamiləliyin və ya yumurtanınsperma ilə mayalanmasının qarşısını almaq üçün üsulların,cihazların istifadəsinə əsaslanır. Onun əsas məqsədi arzuolunmazhamiləliklərin qarşısını almaqla, fərdlərə və ya cütlüklərəreproduktiv seçimlərinə və ailə planlamasına nəzarət etmək imkanıverməkdir.

- Kontrasepsiyanın növləri hansılardır?

- Arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddurvə hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili,hormonal, baryer, fizioloji (təbii), cərrahi sterilizasiya, təciliqorunma kimi hamiləlikdən qorunma üsulları daxildir.
Uşaqlıqdaxili vasitə (UDV, spiral) - hamiləlikdən qorunma məqsədiləuşaqlığa yerləşdirilən kiçik qurğudur. Buraya adi və hormonalspirallar daxildir. Metodun təsir mexanizmi ondan ibarətdir ki,mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır.
Qeyd etmək lazımdır ki, UDV uşaqlıq borusu hamiləliyinin qarşısınıalmır. Hormonal tərkibli spirallar isə uşaqlığın selikli qişasınıatrofiya etdiyi üçün (dölün implantasiyasının qarşısı alınır) onuneffektivliyi daha yüksəkdir.
Arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilənoral kontraseptivlərdir (КОК). Onlar ovulyasiyanın yaranmasınınqarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir. Eynizamanda, КОК seliyin qatılaşmasını təmin və uşaqlığın selikliqişasını atrofiya edir.
Hamiləliyin qarşısının alınmasının təbii üsulları da mövcuddur.Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir.Lakin bunlar effektiv vasitələr hesab olunmur.
Qeyd etmək lazımdır ki, kontraseptivin effektivliyi onun düzgünistifadə olmasından birbaşa asılıdır.

- Süd verərkən hamilə qalmaq mümkündürmü?

- Südverən analarda Prolaktin adlanan süd hormon səviyyəsiyüksəlir. Bu hormon yumurta hüceyrənin əmələ gəlməsinə mane olduğuüçün yeni doğuş edən ananı hamiləlikdən qoruyur. Körpəsini müntəzəmolaraq əmizdirən bir qadın doğuş sonrası ilk 4-6 ay ərzindəhamiləlikdən qorunmuş ola bilər. Ancaq sonrakı aylarda körpəyəəlavə qidalar verməyə başlaması ilə əlaqədar daha az əmizdirəcək vənəticədə daha az prolaktin yaranacaq.
Südverməyə baxmayaraq, yumurta hüceyrənin əmələ gəlməsi və yeni birhamiləlik baş verə bilər. Ona görə də, südvermənin qorumaqabiliyyətinə güvənilməməlidir.
Menstruasiya başladığı andan etibarən ana körpəni yalnız ana südüilə bəsləyirsə də, hamiləlikdən qorunmaq üçün bir üsul tətbiqetməlidir. Zahılıq dövründəki qanaxmalar (ilk 6 həftə) menstruasiyaqan sızması kimi qiymətləndirilmir, qoruyucu bir üsul tətbiq etməyəehtiyac yoxdur.

- Son olaraq qadınlara nə məsləhət verərsiniz?

- Qeyd etdiyim kimi, kontrasepsiya arzuolunmaz hamiləlikdənqorunmanı təmin edir və hamiləliyin baş verməsinin müxtəlifüsullarla qarşısını alır.
Xanımlara tövsiyə edərdim ki, uyğun kontrasepsiya üsulununseçilməsi üçün mütləq ginekoloqla müzakirə edib, bərabər qərarversinlər.

Избранный
70
5
az.trend.az

6Источники