RU

Azərbaycan çempionu 4 illik diskvalifikasiya olundu

Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.

Fanat.Az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.

Избранный
8
27
fanat.az

10Источники