RU

Bu futbolçu ''Qalatasaray''dan daha çox pul tələb edir

Kərəm Aktürkoğlunun ayrılmasından sonra ''Qalatasaray''da əsas heyət üzvünə çevrilən və bu mövsüm 11 rəsmi oyunda 4 qol vuran Yunus Akgünlə bağlı maraqlı xəbər yayılıb.

Klubla müqavilə müddəti 2026-cı ilə qədər olan 24 yaşlı vinger İstanbul nəhəngində ən az qazanan futbolçulardandı. O illik 17 milyon lirə qazanır ki, bu da təxminən 452 min avrodu. Rəhbərlik Türkiyə yığmasına da daimi olaraq dəvət alan futbolçunun performansından razıdı. Amma Yunus rəhbərliyin 40 milyon lirəlik yeni təklifini sürpriz şəkildə geri çevirib.

Türkiyə mətbuatına inansaq, futbolçu müqavilənin yenilənməsi qarşılığında illik 65 milyon lirə, yəni 1,75 milyon avro tələb edir. Qəribə səslənsə də, bunun əsas səbəbi Roland Şallaidi. ''Qalatasaray'' yay transfer dönəminin son günündə heyətinə qatdığı və hələ ki, ''11-liy''ə düşməkdə çətinlik çəkən bu macarıstanlı futbolçuya illik 2,5 milyon avro ödəyəcək.

Yunus Akgün də məhz Şallainin maaşını misal göstərərək rəhbərlikdən daha çox pul tələb edib.

ƏLİ

Избранный
21
football-plus.az

1Источники