RU

Netanyahu və Qallant İrana zərbə ilə bağlı razılığa gəldilər – ABŞ DA ETİRAZ ETMİR, VİDEO

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant İrana hücumun metodu və vaxtı barədə razılığa gəliblər. Hazırda onlar yəhudi dövlətinin Nazirlər Kabinetinin təsdiqini gözləyirlər.

Bu barədə “Kan” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, İrana qarşı əməliyyatların gedişi ilə bağlı tam razılıq əldə olunub. Məqalədə oda vurğulanıb ki, rəsmilər digər məsələlərlə yanaşı, cavab zərbəsinin gücü də nəzərdən keçirilib: “Lakin əməliyyat hələ də Nazirlər Kabinetinin yekun təsdiqini tələb edir”.

Bundan öncə "The Washington Post" Benyamin Netanyahu və ABŞ Prezidenti Cozef Bayden arasında baş tutmuş telefon danışığı barədə məqalə dərc edib. ABŞ-ın adları açıqlanmayan hökumət nümayəndələri qəzetə açıqlamada bildiriblər ki, Netanyahu danışıq əsnasında Baydenə "İranda yalnız hərbi obyektlərə zərbə endirəcəklərini" söyləyib.

Azvision.az xatırladır ki, oktyabrın 1-də İran tarixdə ikinci dəfə olaraq ballistik raketlərlə İsrailə hücum edib. Ümumilikdə 180-ə yaxın raket atılıb. İsrail ordusu raketlərin əksəriyyətinin havada zərərsizləşdirildiyini bildirib. İranın hücumunun səbəbi Təl-Əvivin Fələstinin "HƏMAS" və Livanın "Hizbullah" hərəkatlarına qarşı apardığı əməliyyatlar olub.

Oktyabrın 9-da İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin İrana qəfil hücuma hazırlaşdığını bəyan etsə də, bu reallaşmayıb. O, cavab atəşinin "son dərəcə dəqiq" və dağıdıcı olacağına söz verib.

Избранный
47
50
korrespondent.az

10Источники