RU

Türkiyənin nəqliyyat infrastrukturuna 277 milyard dollar sərmayə qoyulub – Nazir

Son 22 ildə Türkiyənin nəqliyyat və rabitə infrastrukturuna 277 milyard dollar məbləğində sərmayə qoyulub.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Dünya Yol Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, aviasiya sahəsində Türkiyəni qlobal bir mərkəzə çevirmək məqsədilə 2002-ci ildə aktiv fəaliyyət göstərən 26 hava limanının sayı son istifadəyə verilən Çukurova beynəlxalq aeroportu ilə 58-ə çatdırılıb.

“Hazırda Türkiyədən dünyanın 131 ölkəsinin 347 fərqli bölgəsinə aviareyslər həyata keçirilir. Bu ilin sonuna xarici uçuş nöqtələrinin sayı 349-a çatdırılacaq. Hava limanlarının ətraf mühitə təsirini idarə etmək üçün 2020-ci ildə ölkədə “Karbonsuz hava limanı” layihəsi başladılıb. Türkiyə “Karbonsuz hava limanı” sertifikatına sahib 50 hava limanı ilə sertifikasiya sayına görə Fransadan sonra ikinci ölkədir. İstanbul hava limanı gündəlik ortalama 1500-ə yaxın uçuşla dünyanın ən böyük qlobal tranzit mərkəzlərindən biri olmaqla yanaşı, Avropanın ən sıx qrafikli hava limanları sıralamasında da birinci yerdədir. Türkiyə Asiya və Avropa arasındakı şərq-qərb dəhlizində təbii bir körpü olduğu kimi, Qafqaz ölkələri və Orta Asiyadan Afrikaya uzanan dəhlizinin də tam mərkəzindədir. Ölkəmiz Orta dəhlizin inkişafı çərçivəsində, 2017-ci ildən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu, “Avrasiya” tuneli, “Marmaray”, “Yavuz Sultan Səlim” körpüsü və “Şimal Marmara” magistralı kimi bir çox mega layihələri həyata keçirib və yenilərini də reallaşdırmaq üçün çalışır”, – deyə Abdulkadir Uraloğlu vurğulayıb.

Qeyd edək ki, bu il “Hərəkətliliyi gücləndirmək üçün bağlanırıq: Hər kəs üçün davamlı gələcəyin təminatçısı kimi yollar” başlığı altında keçirilən konfransda mobilləşmə, rəqəmsallaşma, iqlim dəyişikliyi və yaşıl enerji kimi mövzular müzakirə edilir.

Избранный
69
28
banker.az

10Источники