RU

Cənubi Koreya: Şimali Koreya iki ölkəni birləşdirən bəzi yolları partladıb

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın iki ölkəni birləşdirən bəzi yolları partlatdığını açıqlayıb və Pxenyan administrasiyasının “bu yolları kəsməyi hədəflədiyini” bildirib.

Yonhap xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı mətbuata açıqlama verib.

Açıqlamada Şimali Koreya ordusunun iki Koreyanı birləşdirən Gyeongui və Donghae yollarının bir hissəsini partlatdığı və bunun "yolların əlaqəsini kəsmək məqsədinin" olduğu bildirilib.

Açıqlamada Cənubi Koreya ordusunun Demilitarizasiya Bölgəsi (DMZ) daxilində yerləşən Hərbi Demarkasiya Xəttinin (MDL) cənubundan atəş açaraq partlayışlara cavab verdiyi və Şimali Koreyanın fəaliyyətlərinin yaxından izləndiyi bildirilib.

Qeyd edək ki, bu ilin yanvarında Şimali Koreya lideri Kim Çen In sərhəddə iki ölkə arasında bütün kommunikasiyaların kəsilməsi, o cümlədən Gyeongui magistralının bağlanması üçün kəskin tədbirlərin görülməsinə göstəriş verib.

Избранный
13
1
aznews.az

2Источники