RU

Yaxın Şərqdəki son vəziyyət: Netanyahu atəşkəsə yox dedi, Beyrut atəş altındadır


7NEWS.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Livanda uzun müddətdir müzakirə edilən atəşkəs çağırışlarını növbəti dəfə rədd edib. Netanyahunun atəşkəsə "yox” deməsindən sonra İsrail qüvvələri paytaxt Beyrutu bir daha vurub. Ordudan verilən açıqlamada hücumların silah anbarlarını hədəf aldığı iddia edilib. Hizbullah İsrailin şimalına və ordu mövqelərinə raket hücumu həyata keçirdiyini açıqlayıb. İsrail şimal sərhədində Hizbullah qüvvələrindən təmizlənmiş bufer zonasında israr edir. ABŞ hökuməti xəbərdarlıq edib ki, Qəzzaya daha çox humanitar yardım çatdırılmasa, İsrailə silah göndərilməsi dayandırıla bilər.
Избранный
43
50
7news.az

10Источники