RU

Politico: Trampın qələbəsi ABŞ və Avropa arasında münasibətlərdə böhrana səbəb olacaq...

ABŞ prezidentliyinə namizəd Donald Trampın mümkün qələbəsi Ukrayna ilə bağlı ABŞ və Avropa arasında münasibətlərdə qısa zamanda böhrana səbəb olacaq...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.

"Trampın ABŞ seçkilərində qələbəsi tez bir zamanda ABŞAvropa arasında münasibətlərdə Ukrayna ilə bağlı böhrana gətirib çıxaracaq", deyə nəşr yazıb.

Politico qeyd edir ki, Tramp Ukraynanı dəstəkləmək və ona daha da hərbi yardım göstərməklə bağlı şübhə ilə yanaşır.

"Transatlantik alyans bizim kollektiv təhlükəsizliyimiz və ortaq rifahımızın üzərində qurulduğu güclü təməldir. Avropa ilə ABŞ arasındakı tərəfdaşlıq 20-ci əsrdə etdiyimiz kimi, 21-ci əsrdə də əldə edəcəyimiz bütün işlərin təməl daşıdır və belə də qalmalıdır", deyə analitiklər nəşrə bildirib.

Bundan əvvəl The Washington Post qəzetinin redaksiya heyətinin üzvü Bob Vudvord "Müharibə" kitabında Trampın müşaviri Keyt Kelloqun sözlərinə istinad edərək, Ukraynanın onun prezidentliyi dövründə ABŞ üçün real problemlər siyahısında olmadığını yazmışdı.

Poliqon.info

Избранный
53
41
poliqon.info

5Источники