RU

TƏCİLİ! İsrail səfirliyinə terror hücumunun QARŞISI ALINDI 

Alman kəşfiyyat xidmətləri İsrailin Berlindəki səfirliyinə hücumun qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə "BİLD" nəşdir məlumat yayıb.

Bildirilib ki, Almaniya Federal Kriminal Polis İdarəsinə istinadən yayılan məlumatda qeyd olunur ki, polis əməkdaşları xarici kəşfiyyat xidmətlərinin xəbərinə əsasən İŞİD-lə əlaqədə şübhəli bilinən Liviya əsilli şəxsi həbs ediblər.

Hücumun necə planlaşdırıldığı hələlik bilinmir. Saxlanılan şəxsin mənzilinə və avtomobilinə baxış zamanı telefon və digər elektron cihazlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Toğrul İSMAYIL,
Musavat.com

Избранный
74
50
musavat.com

10Источники