RU

Türkiyə kəşfiyyatı PKK-nın 2 təhlükəli üzvünü məhv edib

Image

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatının xüsusi təhlükəli iki üzvünü məhv etmək üçün əməliyyat keçirib. Türkiyə mətbuatının yazdığına görə, İraqın Süleymaniyə vilayətində yerli əhalidən PKK terrorçularının xeyrinə “vergi” toplayan Caize Selber və Emine Ulaş zərərsizləşdirilib.

Kəşfiyyat orqanları terrorçuların İranla həmsərhəd olan Pəncevin rayonunda yerləşdiyini müəyyən ediblər onlar burada da cinayətkar təşkilatın sıralarına qoşulmaq üçün yerli gənclər arasında təbliğat-təşviqat işləri aparırdılar. MİT əməkdaşları vaxtaşırı olaraq Türkiyənin maraqlarını təhdid edən terror təşkilatlarının liderlərini zərərsizləşdirmək üçün əməliyyatlar həyata keçirirlər.

Mətləb Salahov





Избранный
38
50
baki-xeber.com

10Источники