RU

Bu il 1 139 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb

Bu günə qədər Azərbaycanda kirayə mənzil mexanizmi vasitəsilə 5 525 vətəndaş və yaxud ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1 139-u bu ilin payına düşüb.

Valyuta.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktorunun müavini Aslan Zeynalov bildirib.

Onun sözlərinə görə, kirayə mənzil mexanizmindən yaşı 60-dan çox olmayan Azərbaycan vətəndaşları yararlana bilər: “Eyni zamanda müraciət edən vətəndaşın vaxtı keçmiş aktiv krediti olmamalıdır”.

Satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond vətəndaşlara 14 ünvanda mənzillər təqdim edib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik olmaqla, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Избранный
7
15
valyuta.az

10Источники