RU

“Beşiktaş”ın qapıçısı zədə səbəbindən 2 oyunu buraxacaq

Türkiyənin “Beşiktaş” kollektivinin qapıçısı Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin qolkiperi ötən gün Super Liqanın 9-cu turunda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.

O, oktyabrın 24-də Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Lion “Olimpik”inə (Fransa) və 4 gün sonra Super Liqada “Qalatasaray”a qarşı matçları buraxmalı olacaq.

Günok cari mövsüm “Beşiktaş”ın heyətində 12 görüşdə meydana çıxıb və qapısında 13 qol görüb. 5 qarşılaşmada isə “çərçivə”ni toxunulmaz saxlayıb.

Избранный
4
2
futbolinfo.az

4Источники