RU

Gülənin ölümünü belə qeyd etdilər - Fotolar


Xəbər verdiyimiz kimi, FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.

“Qafqazinfo” xəbər verir ki, Gülənin ölümü Türkiyənin 4 bir yanında təntənə ilə qeyd olunub.

Bursa şəhərinin İnegöl rayonunda mobil telefon xidmətləri göstərən Süleyman Bayrak adlı sahibkar FETÖ lideri Fətullah Gülənin ölümü ilə əlaqədar endirim kampaniyası başladıb.

O, iş yerinin pəncərəsindən “FETÖ lideri Gülənin ölümü şərəfinə 25 faiz əlavə endirim” yazısını asıb.

 

 

Bu Gülənin ölümü ilə bağlı ilk sevinc dolu təşəbbüs deyil.

Belə ki, Türkiyənin İraqla sərhəddə yerləşən “FIRAT KALKANI” adlı ərazidə qruplaşma liderinin ölməsinin şərəfinə əsgərlər yoldan keçən nəqliyyat vasitələrinin sürücülərinə şirniyyat paylayıblar.

 

Bundan əlavə, İstanbulda da bir vətəndaş sevincini şəhər sakinləri ilə fərqli formatda bölüşüb. Səyyar şirniyyat dükanında insanlara “lokma” hədiyyə edib. LED işıqlarla yazılan yazı isə diqqətlərdən yayınmayıb:

“Atəş səni çağırır”.

Məlumat üçün əlavə edək ki, Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən ötən gün ABŞ-nin Pensilvaniya ştatında 83 yaşında vəfat edib.


Избранный
7
3
nuh.az

4Источники