RU

“Demək olar ki, hər şeyin qiyməti qalxacaq...”

...Rusiya mağazaları yeni il qabağı elektronikanın qiymətlərini 10-15 faiz artırmağa hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya”ya avadanlıq idxalçılarından birindəki mənbə bildirib.

...Nəşrin həmsöhbəti maya dəyərinin artmasının səbəbləri arasında rublun dollara nisbətdə ucuzlaşması, xarici bankların Rusiyadan ödəniş etməkdən imtina etməsi və tədarük zəncirlərinin çətinləşməsini qeyd edib. Onun sözlərinə görə, distribütorlar artıq məhsulların ilk partiyalarını bahalaşdırılmış qiymətlərlə alıblar və Yeni il satışlarının əvvəlinə qədər ölkəyə çatdırmağı planlaşdırırlar.

...Biz görürük ki, artım var. Bir çox elektronika və məişət texnikası istehsalçıları artıq 15 faizə qədər qiymət artımı elan ediblər. Qiymətlərin tamamilə hər şey üçün artacağını güman edirik. Telefon və noutbuklardan tutmuş məişət texnikasına qədər...

Bunu “Xolodilnik.ru” saytının kommersiya direktoru Aleksey Poqudalov təsdiqləyib.

...Marvel Distribution şirkəti qeyd edib ki, oktyabrda noutbukların alış qiyməti 10-15 faiz artıb.

...Gələcək perspektivlər haqqında danışmaq hələ tezdir, lakin biz noutbukların ucuzlaşması üçün heç bir ilkin şərt görmürük. Bu avadanlığı almağı düşünənlər qərarı sonraya təxirə salmamalıdırlar, çünki yeni qiymətlərlə lotlar pərakəndə satışa noyabrın ikinci yarısında gələcək

Bunu şirkətdən bildiriblər.

...Megafon artıq smartfonların qiymətində 5-15 faiz artım qeyd edib. Şirkət Rusiya bazarında satış üçün alınan bütün elektronika çeşidlərinin qiymətlərinin artırılması üçün ilkin şərtləri görür, lakin qeyd edir ki, “hər bir mal qrupunda vəziyyət fərqlidir”.

...Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin də bildirib ki, elektronikanın yeni partiyaları yay qiymətlərindən 10-15faiz baha qiymətə alınıb.

...Trend belədir: qiymətlər yüksəlir və 2025-ci ildə də artmağa davam edəcək, - deyən ekspertin sözlərinə görə, kəskin artımın bir hissəsi ilk növbədə onlayn platformalarda satışların köməyi ilə hamarlana bilər.

Əli Babayev

Избранный
33
sia.az

1Источники