RU

Hakan Çalhanoğlu zədələndi

Türkiyə millisinin və “İnter” klubunun futbolçusu Hakan Çalhanoğlu zədələnib.

“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi A seriyasında “Roma” ilə matçda sıradan çıxıb. O, 12-ci dəqiqədə David Frattesi ilə əvəzlənib.

İtalya təmsilçisinin mətbuat xidməti futbolçu ilə bağlı məlumat yayıb. Bildirilib ki, Çalhanoğluna sol budun düz əzələsinin dartılması diaqnozu qoyulub.

İtaliya mətbuatında yayılan xəbərə görə, ulduz futbolçu UEFA Çempionlar Liqasında “Yanq Boys”la matçı buraxa bilər. Həmçinin, onun sentyabrın 27-də “Yuventus”la baş tutacaq qarşılaşmada da forma geyinməmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm 9 matça çıxıb. 2 qol vurub.

Избранный
37
qafqazinfo.az

1Источники