RU

Deputat: Azərbaycan neft ölkəsi kimi COP29 çərçivəsində müxtəlif təzyiqlərə üzləşir

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan neft ölkəsi kimi COP29 çərçivəsində müxtəlif təzyiqlərə üzləşir. Vətəndaş cəmiyyəti olaraq COP29 konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə əminik.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusunda keçirilən dəyirmi masada söyləyib.

O, vətəndaş cəmiyyəti və icma təşkilatlarının COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğulayıb.

Избранный
16
1
azertag.az

2Источники