RU

Ərdoğan əsas rəqibindən qurtulub

Ərdoğan

Türkiyənin bəlkə də ən məşhur müsəlman ilahiyyatçısı Fətullah Gülən ABŞ-da 84 yaşında vəfat edib. Bəziləri onun nəzəriyyəsini “Avropa İslamı” adlandırır. Digərləri üçün Gülən, ilk növbədə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqib idi.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur ki,Fətullah Gülən ömrünün sonunda dünya şöhrəti qazanıb:

Gülən Türkiyənin şimal-şərqindəki Ərzurum şəhəri yaxınlığındakı Kurucuk kəndində, yəni mühafizəkar kəsimin bu günə qədər son dərəcə güclü olduğu, İslamın və onun hökmlərinin həyatın ayrılmaz bir parçası olduğu türk imamın ailəsində anadan olub.

O, atasının yolu ilə getdi. Yalnız 1981-ci ildə təqaüdə çıxdıqdan sonra ovaxt az tanınan bir qrup ardıclıdan ibarət cərəyan yaratmağa başladı və sonralar bu, “Gülən hərəkatı” və ya “Hizmət” hərəkatı adlandırıldı.

Gülənin təlimləri o vaxtlar Türkiyədə fitnə doğuran, İslamın siyasi həyatda daha fəal rol oynaması fikri üzərində qurulmuşdu. Artıq o zaman, 80-ci illərin əvvəllərində, ordunun hakimiyyətdə olduğu vaxtlarda - ölkənin inkişafının dünyəvi xarakter daşıdığını müdafiə edən Atatürkün əhdlərinin keşikçiləri olan gülənçilər xeyriyyə və təhsil müəssisələri şəbəkəsi yaratmağa, insanları, o cümlədən dövlət məmurlarını və müxtəlif təşkilatları cəlb etməyə başladılar.

Bir çox “siyasi İslam” təşkilatlarından fərqli olaraq, Gülən siyasi məqsədlərə çatmaq üçün zorakılıq üsullarını əsaslı şəkildə pisləyib. O, demokratiya, çoxpartiyalı sistem, dinlərarası dialoq və təhsili müdafiə edirdi. Ona aid edilən “Fizika öyrənmək Allaha ibadətdir” ifadəsi, yəqin ki, bu insanın heç olmasa fəaliyyətinin ilk dövründəki dünyagörüşünün adekvat təsviridir.


Fətullah Gülən

Gülənçilərin populyarlığının sürətli artımı 1990-cı illərdə - Türkiyənin iqtisadi yüksəlişi zamanı və ölkədə siyasi İslamın son (bu günə qədər) təqibi zamanı baş verdi. 1997-ci ildə hərbi çevriliş zamanı “Hizmet” İslamçı təbliğat apardığı şeirinə görə həbs edilmiş İstanbulun ovaxtkı bələdiyyə sədri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Türkiyədə bir çoxlarının ədalətsiz ittiham olduğuna inandığı həbs və mühakimə onun hakimiyyətə gəlməsi üçün tramplin oldu.

Uzun müddət “Hizmət”lə Ərdoğanın qurduğu Ədalət və İnkişaf Partiyası (AKP) müttəfiq və az qala həmfikir insanlar idi. Onlar arasında münaqişə 2013-cü ildə başlayıb. Daha sonra əvvəlcə İstanbulda, sonra isə ölkənin bir çox şəhərlərində hakim partiyaya və o vaxta qədər 10 ildən artıq hakimiyyətdə olan şəxsən Ərdoğana qarşı etirazlar başladı. Türkiyə liderini təəccübləndirən Gülən etirazçılara dəstək verib.

Hökumətlə gülənçilər açıq qarşıdurma 2016-cı ildə Türkiyədə uğursuz hərbi çevriliş cəhdi zaman olub. Ərdoğan Güləni ölkə rəhbərliyini zorla dəyişdirmək cəhdinin arxasında durmaqda ittiham edib. Gülən bunu təkzib edib. FETÖ ( “Fətullah Gülən Terror Təşkilatı”) – o vaxtdan bəri Türkiyədə vaizin tərəfdarları belə adlandırılır. Onlardan minlərlə insan həbs edilib və mühakimə olunub, gülənçilərlə əlaqəli təşkilatlar bağlanıb.

Ərdoğan ABŞ-dan Güləni ekstradisiya etməyə çalışsa da, buna nail ola bilməyib. O, ölənə qədər Pensilvaniyada yaşayıb, zaman-zaman Türkiyənin özündə qadağan olunmuş moizələr verib. Bazar ertəsi, oktyabrın 21-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Gülənin ölüm xəbərinə münasibət bildirib. Onun sözlərinə görə, dövlət FETÖ ilə mübarizəni hələ də gülənçilik tərəfdarlarının kökü tamamilə kəsilənə qədər davam etdirəcək.

E. KAMAL
Избранный
14
reyting.az

1Источники