RU

FETÖ liderinin Türkiyədə dəfn olunacağı yer yoxdur - Devlet Bahçeli

Bakı,TurkicWorld

FETÖ lideri Fətullah Gülənin Türkiyədə dəfn olunacağı yer yoxdur.

TurkicWorld xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

"FETÖ liderləri, Türkiyə ilə harda düşmənçilik edirdisə, orda da çürüməlidir",- deyə o bildirib.

Həmçinin Bahçeli, Türkiyənin həll prosesinə ehtiyacı olmadığını, sadəcə min illik qardaşlığı yaşatmaq lazım olduğunu bildirib.

"Türkiyənin həll prosesinə ehtiyacı yoxdur, min illik qardaşlığı yaşatmaq və canlandırmaq lazımdır. Türkiyənin problemi kürdlər deyil, separatçı terror təşkilatlarıdır",- deyə Bahçeli vurğulayıb.

Избранный
15
turkic.world

1Источники