RU

"Bayern"in ulduzu əməliyyat olundu

"Bayern Münhen"in yarımmüdafiəçisi Aleksandr Pavloviç əməliyyat olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat "Instagram" hesabı vasitəsilə məlumat yayıb.

Pavloviç əməliyyatın uğurlu keçdiyini bildirib, klub azarkeşlərinə dəstəyə görə təşəkkür edib və meydana daha da yaxşı qayıdacağına söz verib.

Qeyd edək ki, Bundesliqanın 7-ci turunun "Ştutqart"la oyununda gənc oyunçunun körpücük sümüyü sınıb.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm "qırmızılar"ın heyətində 9 matça çıxıb və bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Избранный
13
fanat.az

1Источники