RU

İvanişvili hədələdi - “O an yaxınlaşır”

Hakim “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili yeni parlamentdə çoxluq qazanacaqları təqdirdə əsas müxalifət qüvvələrinə qadağa qoyacağı vədini təkrarlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu qadağalardan sonra ölkədə yeni müxalifətin meydana çıxacağını iddia edib.

“Bu qüvvə yox olandan sonra “Gürcü Arzusu”nun çoxsaylı rəqibləri olacaq, mən o günü səbirsizliklə gözləyirəm. Bu, insanların yaxşı və yaxşı arasında seçim etmək imkanının olacağı ən xoşbəxt gün olacaq”, - partiya lideri bildirib.

İvanişvili hesab edir ki, gürcülərin yeganə doğru seçimi “Gürcü Arzusu”dur.

Partiya lideri keçmiş baş nazir Georgi Qaxariyanı da kəskin tənqid edib, o, partiyanı tərk edən və hazırda müxalifətdə olan keçmiş silahdaşı və komandasının üzvlərini məhkəməyə verəcəyi ilə hədələyib.

“Bu əclaf (Qaxariya) və onun yanında duranlar, əlbəttə, mühakimə olunmalıdırlar. Biz onların nələr etdiyini sübut edəcəyik”, - İvanişvili söyləyib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
35
teleqraf.com

1Источники