Bələdiyyələr qrant ala biləcək.
Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, qanuna qrant sözü də əlavə edilir. Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi üçün hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.