Zəngin oğlu (Şımarık) və Platonik kimi filmlər ilə tamaşaçıların görüşünə hazırlaşan türkiyəli aktyor Kerem Bürsinin Melisa Tapanla 2 aydır eşq yaşadığı məlum olub.
Gundem.az news24.az -a stinadən xəbər verir ki, Bürsin müsahibəsində "Ürəyim doludur... Çox xoşbəxtəm, münasibətimiz çox gözəl başlayıb" deyib.
Gupse Özay və Öykü Karayel ilə baş rolda çəkildiyi Platonik serialı üçün Çeşmədə olan Bürsinin yaxın zamanda münasibəti ilə bağlı paylaşımı gözlənilir.
Onu da qeyd edək ki, Melisa Tapan Sevil Sabancı ilə Bedri Eran Tapanın qızı, Sakıp Sabancının nəvəsidir.
Məqaləyə dair fotomateriallar: