RU

Sabunçu tunelində qəza-bərpa işləri davam etdirilir

Bakıda Sabunçu tuneli kimi tanınan ərazidə qəza-bərpa işləri davam etdirilir.

Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə tunelin yenidən istifadəyə verilməsi üçün işləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin əməkdaşları da ərazidə avtomobillərin hərəkətini tənzimləyirlər.

Demək olar ki, tuneldə işlər yekunlaşmaq üzrədir. Tunelin yenidən nə zaman istifayə açılacağı ilə bağlı hələ ki, məlumat verilməyib.

Qeyd edək ki, aramsız yağışlar tunelin su ilə dolmasına, nəticədə iki nəfərin suda boğularaq ölməsinə səbəb olmuşdu.
Избранный
32
7
bakupost.az

8Источники