RU

Putinin lider olmadığı masa

Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın və onun prezidentinin izolyasiyası kimi qəliz bir arzunun arxasınca düşən ABŞ və kollektiv Qərb indi Kazandakı BRİCS sammitində başqa bir mənzərə qarşısındadır...

BRCS-in Kazanda başlayan sayca 16-cı sammitində Rusiyanın, prezident Putinin adının önə çıxmasının bu dövlətin təşkilatın dönəm sədri olması ilə də izah etmək olar. Amma əlbəttə, səbəb tək bu deyil. Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın izolyasiyası kimi qəliz bir arzunun arxasınca düşən ABŞ və kollektiv Qərb indi başqa bir mənzərə qarşısındadır.

Rusiya Kuba, İran, Şimali Koreya, Venesula deyildi ki, onu izolyasiyası üçün ən müxtəlif sanksiyalarla dizə gətirib, liderini dünyada hörmətdən düşmüş edəsən. Bu, Rusiya üçün seçilmiş yanlış strategiya idi və bunu Qərb indi başa düşübsə, artıq gecdir. 

ria-8789648-preview.jpg

Çünki məhz Qərbin yanlışlarıdır ki, indi Rusiyanın təsisçisindən biri olduğu BRİCS güclənmək yolunda irəliləyir. Kazandakı sammitində 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edəcək. İştirakçılar arasında 22 dövlət başçısı və BMT-nin baş katibi Antonio Quterreş də olacaq. Bu, nə Putinin, nə Rusiyanın birbaşa xidmətləridir. Bu, ən əvvəl dünyada tərkqütbü güc olmağı hədəfləyən, bunun üçün Ukraynanı “yem kimi” istifadə edən ABŞ-ın və onun züy tutanlarının “xidmətləridir”. Putin arzulasaydı belə, bu təşkilatı cəmi iki il ərzində bu qədər cəlbedici edə bilməzdi.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının təsis etdiyi bu təşkilatın özəyində olan dövlətlər bir çox iqtisadi sahələrdə bir-birlərinə rəqibdirlər, siyasi baxışları da bir çox qlobal məsələlərdə üst-üstə düşmür. Amma indi onlar da sanki bütün fikir ayrılıqlarını və iqtisadi rəqabəti “unutmuş” kimi görünürlər, ya da bu görüntü onlara daha çox lazımdır. Bəli, israrla təkrarlayırlar ki, bu təşkilat Qərbə qarşı deyil, “Böyük 7-lər”ə (“G7”) rəqib deyil, baxmayaraq ki, bu ölkələrin ÜDM-i “G7” ölkələrini üstələyir və 60 trilyon dollardan artıqdır. 

vol7_media_original_0000_0878_96_000008789659_0_168_3750_2137_1200x630_80_0_0_18bbe235bd151668839c16c49e3e8376.jpg

BRİCS hərbi blok da deyil, çünki bu nəhənglikdə, üstəlik də atom silahına malik üç təsisçi dövlətin (Rusiya, Çin, Hindistan) birləşmiş ordusu dünya üçün ağlasığmaz təhlükə olardı. Ona görə iqtisadi güc amilinə söykənmək istəyən bu təşkilat haqda indilikdə ən doğru qiymətləndirməni Hindistanın baş naziri Modi deyib. O bildirib ki, BRİCS anti-Qərb birliyi deyil, sadəcə Qərbin(çi) təşkilatı deyil. Bu fikir zərərsiz görünə bilər, amma şahmat kimi dərin zəka tələb edən bir oyunu dünyaya bəxş edən hindistanlının bundan sonrakı hansı gedişlər edəcəyini demək çətindir.

Putin də bu günlərdə dedi ki, BRİCS heç kimə qarşı deyil, ümumi dəyərlər, ümumi inkişaf baxışı nəzərə alınmaqla birgə fəaliyyət göstərən dövlətlərin birliyidir. Əgər Qərbin həqiqətən də işlək beyin mərkəzləri varsa, bağlı olduqları dövlətlərin liderlərinə həqiqəti deməkdən çəkinməməlidirlər. Deməlidirlər ki, sizin dünyada düşmənçiliyi tətikləməniz, müharibələr, münaqişələri alovlandırmanız öz əks-nəticəsini verməkdədir, indi kollektiv Qərbə qarşı vaxtilə amorf hesab etdiyiniz “Qlobal Cənub” var. Dünya mediası indi həm də bu gerçəkdən yazır... 

1979380213_0_0_3113_1752_1920x0_80_0_0_51a17545db839ce6acb1467a50fb0b16.jpeg

Bu il təşkilata Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı qoşulub. Yəni bu təşkilatda ABŞ-ın aşkar müttəfiqləri (BƏƏ, Səudiyyə Ərəbistanı, Misir) ilə yanaşı İran kimi düşməni də var. Yeri gəlmişkən, BƏƏ BRİCS-ə üzvlüyünü “Qlobal Cənub”un Qərbə müxalif olduğunu göstərən hər hansı cəhdi tamamilə rədd edir. Bu, ümumilikdə təşkilata üzv olmaq istəyən bəzi dövlətlərin də mövqedir, çünki onların bir çoxunun Qərb ölkələri, o cümlədən ABŞ ilə çox yaxşı münasibətləri var və onların korlanmasını istəmirlər. Bəlkə də bəzi dövləri təşkilata üzv olmağa ABŞ məsləhət bilib, gedib oradakı “göz-qulaqları” olsunlar. Bəlkə də sabah ciddi bir qərarları tormozlamağa, ya da təşkilatın dağılması görüntüsünü yaratmağa ehtiyac oldu. Hər halda, məsələn, ərəblər maddi xeyirlərini həmişə üstün tutublar, ona görə indilikdə bu şübhələri bir kənara qoymaq da olar...

Malayziya və Tailanddan tutmuş Nikaraquaya və hətta NATO üzvü Türkiyə və Azərbaycan da BRİCS-ə qoşulmaqda maraqlıdırlar, lakin Kazan sammitində bu qərarların qəbul ediləcəyi ehtimalı azdır. Hindistan daha da genişlənməyə qarşı çıxır və səsvermə hüququ olmadan “BRICS+ tərəfdaş ölkələri” formulunu dəstəkləyir. Bildirilir ki, Hindistan bu yolla təşkilatın Çin və Rusiyanın dəstəkçilərinin üstünlük təşkil etdiyi anti-Amerika təşkilata çevrilməsi riskinin qarşısının almağı hədəfləyir. 

Screenshot_1.png

Təşkilatın əsasən də Rusiyanın qlobal ehtiyat valyutası kimi dollardan asılılığı azaltmaq səyləri var. Çin bu təklifə zəifləyən milli valyutası yuan fonunda müzakirəyə açıq saxlayır, amma digər BRİCS ölkələrinin dollar sistemindən imtina etmək üçün səbəbi hələ ki, yoxdur.

BRİCS əlbəttə ki, Putin lideri olacağı(və ya indilikdə olmaq istədiyi) masa(təşkilat) deyil. Orda dünyanın ikinci iqtisadi nəhəngi (hərbi gücünü qoyaq bir kənara) Çin var, zəngin Hindistan var. Putin ağıllı adamdır. O liderlik peşində deyil, ən azı indilikdə. Amma bu, Putin Rusiyası üçün çox mühüm addımdır, həm iqtisadi anlamda, həm də siyasi...

Qərb Ukrayna müharibəsini uduzarsa, Amerikanın hökmranlıq iddiasına qarşı çıxanların sayı da artacaq. Amerika bütün əlamətləri ilə daha dünyada tək güc deyil. 

 

Nazim SABİROĞLU,

Musavat.com

Избранный
60
50
hurriyyet.az

10Источники