COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva iqlim davamlılığı üçün maliyyə islahatlarını müzakirə edib. Bu barədə COP29-un “X” hesabında paylaşım edilib. Bildirilib ki, görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, maliyyə naziri Samir Şərifov iştirak edib. Tərəflər iqlim davamlılığı üçün maliyyə islahatlarını və həllərini genişləndirməyi müzakirə edib.
Mətləb