Türkiyə Rusiyaya ikili təyinatlı malların ixracını bloklayır. Bu barədə "Financial Times" xəbər verir.
Nəşr iddia edir ki, Ankaranın bu qərarına ABŞ-ın artan təzyiqləri səbəb olub. O da bildirilir ki, əvvəllər Türkiyə vasitəsilə Rusiyaya yüz milyonlarla dollar dəyərində ABŞ mənşəli mallar tədarük edilirdi. Lakin indi sanksiyalar təhdidlərindən sonra bu proses dayandırılıb.
Ülviyyə, Hurriyyet.az