RU

Asiya İnkişaf Bankı yeni maliyyə məhsulları təqdim edib

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) yeni maliyyə məhsulları təqdim edib.2010-cu ildən etibarən AİB geniş mikromaliyyələşdirmə proqramıbaşlatmış, təxminən 2,3 milyard dollar həcmində kreditlərə dəstəkvermiş və 1,2 milyard dollar həcmində kofinansmanı cəlbetmişdir.

Trend xəbər verir ki, bunuAsiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoruSunniya Durrani-Camalı Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyəüçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyəkonfransında bildirib.

Onun sözlərinə görə, aztəminatlı və həssas icmalara maliyyədaxilolmaları, eləcə də kiçik və orta müəssisələr üçün maliyyəyəçıxış AİB-nin iş yerlərinin yaradılması, gəlirlərin artırılması vəyoxsulluğun azalması strategiyasının mühüm bir hissəsidir.

"2010-cu ildən AİB geniş mikromaliyyələşdirmə proqramıbaşlatmış, təxminən 1,8 milyard dollar həcmində kreditlərə dəstəkvermiş və 881 milyon dollar həcmində birgə maliyyələşdirmə cəlbetmişdir. Biz 10 milyondan çox müştəriyə mikrokreditlər təqdimetmişik. Qeyd edək ki, müştərilərimizin 98 faizi qadınlardır", - oqeyd edib.

O vurğulayıb ki, AİB bazarın məsuliyyətli inkişafına, əhatədairəsinin artırılmasına və xidmətlərin yaxşılaşdırılmasına köməkedən tənzimləyici təcrübələrin təkmilləşdirilməsi ilə bağlıməsləhətlər təqdim edir.

"Bu, ödənişlər, əmanət məhsulları, mikrosığorta, filialsız bankxidməti və mobil bankçılıq kimi yeni xidmət mexanizmləri əhatəedir. AİB bu cür məsləhətləri Azərbaycanın hökumətinə, o cümlədənMərkəzi Banka təqdim edib. Bundan əlavə, AİB ticarət və zəncirmaliyyələşdirməsini təklif edir. Eyni zamanda, biz mikromaliyyəmüəssisələri ilə birbaşa əməkdaşlıq edirik, istər birbaşakreditlər, istərsə də risklərin bölüşdürülməsi və zəmanətlər yoluilə onların fəaliyyətini genişləndirməyə kömək edirik. Və nəhayət,Asiya və Sakit okean bölgəsi üçün bir iqlim bankı olaraq, biz başadüşürük ki, fəlakət zamanı mikromaliyyə müəssisələrinin balansızərər görür, bu isə onların icmalara maliyyə vəsaitlərinə və yabərpa olunmasına dərhal cavab vermək qabiliyyətinə təsir edir. Bunagörə də, biz müştərilərimiz və agentliklər arasında təşviqetdiyimiz fəlakət risklərinin maliyyələşdirilməsi üçün həllər kimiöz yeni maliyyə məhsullarımızı inkişaf etdirmişik", - o əlavəedib.

Избранный
14
az.trend.az

1Источники