Bakı. Trend:
İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlikistiqamətində həyata keçiriləcək dəmir yolu xətti layihəsi iləbağlı idi.
Trend xəbər verir ki, bunu"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov “Gələcəküçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.
O qeyd edib ki, artıq dəmir yolu Ağbənd istiqamətinə doğrusürətlə çəkilir: “Növbəti mərhələ olaraq Naxçıvan MR dəmir yolununyenidən qurulmasın üçün tam layihə sənədləri hazırlanır. İranlıhəmkarlarlmızla aparılan danışıqlarda isə, İran tərəfdən keçəcəkdəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu.
Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb,körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərindəson danışıqlar aparılır”.