RU

Ağadadaş Ağayevin məhkəməsi bu tarixdə başlayacaq

Xuliqanlıqda təqsirləndirilən Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində keçiriləcək proses oktyabrın 31-nə təyin edilib.

 

Cinayət işi hakim Vüsal Tağıyevin sədrliyi ilə araşdırılacaq. 

 

Qeyd: Bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Bu zaman balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 24 Oktyabr 2024, 08:13   
Избранный
7
21
pravda.az

10Источники