RU

"Barselona" "Bavariya"nı məğlub etdi - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turuna yekun vurulub.

"Unikal" xəbər verir ki, azarkeşlər son oyun günündə 9 qarşılaşmaya şahidlik ediblər.

Günün ən maraqla gözlənilən görüşü İspaniyada keçirilib. “Barselona” evdə “Bavariya”nı (Almaniya) 4:1 hesabı ilə məğlub edib.

“Mançester Siti” komandası isə doğma meydanda Çexiya “Sparta”sının qapısında 5 cavabsız top keçirib.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi

III tur

“Atalanta” (İtaliya) - “Seltik” (Şotlandiya) - 0:0

“Brest” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya) - 1:1

“Mançester Siti” (İngiltərə) - “Sparta” (Çexiya) - 5:0

“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə) - 0:1

“Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) - 4:1

“Atletiko” (İspaniya) - “Lill” (Fransa) - 1:3

“Benfika” (Portuqaliya) - “Feyenoord” (Niderland) - 1:3

“Zaltsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

“Yanq Boys” (İsveçrə) - “İnter” (İtaliya) - 0:1

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin IV turuna noyabrın 5-də start veriləcək.

Избранный
24
50
unikal.az

10Источники