“Qarabağ” UEFA Avropa Liqasında növbəti matçını bu gün keçirəcək.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Niderland təmsilçisi “Ayaks”la üz-üzə gələcək.
Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə “Tottenhem”ə (0:3), növbəti görüşdə isə evdə İsveçin “Malmö” kollektivinə uduzub – 1:2. İlk oyunda Türkiyənin “Beşiktaş” klubunu dörd cavabsız qolla üstələn “Ayaks” ikinci matçda Çexiyada “Slaviya” (Praqa) ilə heç-heçə edib – 1:1.