RU

HƏMAS Ankaradakı terror aktını pisləyib

Fələstinin HƏMAS hərəkatı Ankarada törədilən terror aktını pisləyib və Türkiyə rəhbərliyi və vətəndaşları ilə həmrəy olduğunu bəyan edib.

"Operativ Media" xəbər verir ki, müvafiq bəyanat hərəkatın rəsmi "Telegram" kanalında dərc olunub.

Qeyd edək ki, terror aktı oktyabrın 23-də Ankaranın kənarında, Tusa zavodu və obyektlərinin yerləşdiyi Kahramankazan rayonunda baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Избранный
30
operativmedia.az

1Источники