RU

"Benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın yaradılması üzərində işlənir"

Ərizə formalarında müəyyən dəyişikliklərin edilməsi üzərində işləyirik.

FED.az xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.

Hazırlıq prosesində məhz benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə bağlı texniki imkanın yaradılması üzərində işlənir və qanun təsdiqləndikdə biz benefisiar mülkiyyətçinin reyestrini aparacağıq.

Bundan başqa kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması üzərində işlənir.

"Benefisiar mülkiyyətçinin reyestr məlumatları əslində ictimaiyyət üçün açıqdır. Əsas məqsəd yalnız qeydiyyat prosesinin sadələşdirilməsi yox, beynəlxlaq standartlara cavab verilməni təmin etməkdir. Benefisiarların müəyyən edilməsi və benefisiarlar haqqında məlumatlar toplanır və biz nəzarət orqanı kimi həm bu məlumatları toplayan, həm də nəzarət edən olacağıq.

 Dövlət Vergi Xidməti məlumatların reyestrini aparacaq və qanunla nəzərdə tutulmuş orqanların həmin məlumatlara çıxış imkanı olacaq", -deyə Samirə Musayeva bildirib.

Избранный
22
fed.az

1Источники