RU

BOKT-ların xalis mənfəəti 150 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ilin yanvar-sentyabr aylarında 149,2 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti illik müqayisədə 90,2 milyon manat və ya 2,5 dəfə artıb.

Məlumata görə, bu ilin 1 oktyabr tarixinə BOKT-ların aktivləri 979,9 milyon manat olub. Bu da illik müqayisədə 297,7 milyon manat və ya 43,6% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 33,3% artaraq 517,7 milyon manata, balans kapitalı isə 57,3% artaraq 462,2 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
22
banco.az

1Источники