RU

Vinisius Junior Çempionlar Liqasının üçüncü həftəsinin ən yaxşı oyunçusu seçilib


"Real Madrid"in hücumçusu Vinisius Junior Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü həftəsinin ən yaxşı oyunçusu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunun matçında "Real Madrid" Almaniyanın "Borussiya Dortmund" klubu ilə qarşılaşıb. Oyun Madriddəki (İspaniya) "Santyaqo Bernabeu" stadionunda baş tutub. "Real" 5:2 hesabı ilə güclü iradəli qələbə qazanıb. Vinisius Junior het-trik edib.
Səkkiz turun nəticələrinə əsasən 36 klubdan ibarət cədvəl formalaşdırılacaq. Bu, dərhal 1/8 finala çıxacaq ən yaxşı səkkiz komandanı müəyyənləşdirəcək və 9-24-cü yerləri tutan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off oynayacaqlar.

aia.az
Tərcümə şöbəsi



Избранный
27
13
aia.az

10Источники