RU

“Turanın səsi” müsabiqəsini erməni müğənni qazandı- inanılmaz...

Image

Elyar İslamoğlu: “Bir erməninin “Turanın səsi”ndə qalib olması təəssüfedicidir”

Son zamanlar bəzi türk ellərində elə hadisələrin baş verdiyini görürük ki, onlara narahatlıqla, narazılıqla yanaşmaya bilmirik. Bizim türk birliyindən, Böyük Turandan danışdığımız dövrdə, ortaq türk əlifbasının yaradıldığı, ortaq türk tarixinin yazılıb tədris edildiyi çağda təəssüf ki, bunlara əks olan bəzi məqamların yaşandığını da görürük.

Türk dünyasında, türk ellərində Turan adına keçirilən bütün tədbirlər, yarışmalar, mədəniyyət və incəsənət festivalları türk birliyinə, mədəniyyətlərarası yaxınlaşmaya, bu istiqaməti təbliğ etməyə yönəlməlidir. Amma bəzi türk dövlətlərinin başqa yanaşma sərgilədiyini görürük.

Bəzilərində ermənilərlə “qardaşlaşma” gözdən yayınmır. Belə olmasaydı, Türküstanın göbəyində Ermənistan təmsilçisi “Turanın səsi” müsabiqəsinin qalibi olmazdı.

GURK.KZ saytı yazır ki, bu il “Turanın səsi-2024” beşinci beynəlxalq qazax mahnı müsabiqəsi başa çatıb. Türküstan vilayəti Aparatının dəstəyi ilə Respublika Günü şərəfinə təşkil olunmuş beynəlxalq müsabiqədə Qran Prinin qalibi Ermənistandan olan müğənni Suzanna Melkonyan olub.

Sual olunur ki, “Turanın səsi” yarışmasının Ermənistana nə aiddiyəti var və erməni müğənni orda niyə qalib olub? Türküstandan erməninin qalib kimi öz ölkəsinə dönməsi nə deməkdir? Bu yarışma “Turanın səsi” adlanırsa, demək burda türk ölkələrinin musiqiçiləri iştirak etməlidir. Erməni Melkonyanın ora gedib çıxması və bu qədər irəliləməsi görəsən qazax qardaşlarımızı heç narahat etmirmi? Erməni terrorundan yüz ildən artıq ki, türk dünyası ziyan çəkir, onlar saysız insanlarımızı qətlə yetiriblər, dövlət adamlarımızı, diplomatlarımızı, qəhrəmanlarımızı şəhid ediblər, elə Türküstanın özündə soyqırımlar törədiblər. Bu, qazax qardaşlarımızın yadından çıxıb bəyəm? Doğrudan da, erməni müğənninin belə bir müsabiqədən qalib ayrılması utancverici haldır və bunu təəssüflə qarşılayırq. Qazaxıstanda Ermənistan mədəniyyət günlərinin ardınca belə ortaq maraqlarımıza zərbə vuran hadisənin olması bizi məyus edir.

“Türküstan çöllərində hələ də ermənilər tərəfindən qətl edilən türklərin ah-naləsi yaşayır, qanları o torpaqlara hopub, bunu unutmaq olmaz”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, “Turanın səsi-2024” beşinci beynəlxalq qazax mahnı müsabiqəsi artıq başa çatsa da, buraxdığı təəssüfedici təsir hələ də qalmaqdadır: “Türküstan vilayəti Aparatının dəstəyi ilə Respublika Günü şərəfinə təşkil olunmuş beynəlxalq müsabiqədə, çox təəssüflər olsun ki, Qran Prinin qalibi erməni müğənni Suzanna Melkonyan olub. Bu hadisə həm azərbaycanlıları, həm də erməniləri təəssüfləndirib. Ermənilər ona görə təəssüfləniblər ki, nəyə görə Ermənistan “Turanın səsi” yarışmasında təmsil olunub. Suzannanın qalib olmasına baxmayaraq, ermənilər bunu təəssüf hissi ilə qarşılayıblar. Deyirlər ki, bir erməni heç zaman “Turanın səsi” ola bilməz. Əslində, ermənilər sevinməlidir ki, onların təmsilçisinə “Turanın səsi” kimi bir müsabiqəyə qatılmaq üçün şərait yaradılıb. Biz azərbaycanlılar da təəssüf edirik ki, Türküstanda keçirilən bir müsabiqəyə Ermənistan təmsilçisi buraxılıb. Nəinki bu yarışmada, bütövlükdə Turanla bağlı heç bir tədbirdı ermənilərin yeri olmamalıdır. 

Ermənilər həm Azərbaycana, həm Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürüblər. Eyni zamanda Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Türküstanda soyqırımlar törədiblər. Türküstan çöllərində hələ də ermənilər tərəfindən qətl edilən türklərin ah-naləsi yaşayır, qanları o torpaqlara hopub, bunu unutmaq olmaz. Tarixən hər üç xalqa qarşı ermənilər kin-küdurət bəsləyib, düşmənçilik ediblər”. 

E.İslamoğlu bildirdi ki, türk dünyasına qarşı müharibə elan edən və insanlarımıza qarşı soyqırım cinayətləri törədən ermənilərin, Ermənistanın nümayəndəsinin bu müsabiqəyə qatılması və qalib elan edilməsi çox narahatedici bir məsələdir. Müsahibimiz hesab edir ki, ermənilərin türk düşmənçiliyi sona yetən deyil və bunu bütün türk ölkələri nəzərə almalıdır, yaddan çıxarmamalıdır. “Bir erməninin “Turanın səsi”ndə qalib olması təəssüfedicidir. Qardaş dövlətlər, xalqlar unutmamalıdırlar ki, onlar bizə kin-küdurət, nifrət, düşmənçilik bəsləyir, xalqlarımıza qarşı soyqırımlar törədiblər. Ermənidən türkə dost olmaz. Bunu tarix sübut edib. Məncə, bu tarix unudulmalı deyil. 

Ümid edirəm ki, növbəti yarışlarda bu təkrarlanmaz və ermənilər Turanla bağlı hər hansı bir tədbirdə yer almaz”-deyə E.İslamoğlu bildirdi.

O qeyd etdi ki, Ermənistan və erməni diasporu hazırda türk birliyinə zərbə vurmağa, Turan yoluna mane olmağa çalışır, amma buna imkan vermək olmaz. Ekspertin sözlərinə görə, son illər Ermənistan özünü bəzi türk dövlətlərinə yaxın göstərməyə cəhd edir, onun məqsədi məkrlidir və birliyimizi zədələmək məqsədi güdür. 

İradə SARIYEVA 






Избранный
22
baki-xeber.com

1Источники