Xabi Alonsonun mövsümün sonunda "Bayer 04"dən ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, "Real"la adı hallanan baş məşqçinin "kral klubu"na gedərkən Florian Virtzi də özü ilə aparmaq istədiyi iddia olunur. Məlumatı "Fichajes" yayıb.

Almaniya təmsilçisinin 21 yaşlı istedad üçün böyük məbləğ tələb edəcəyi düşünülür.

Qeyd edək ki, bu mövsüm 12 matçda meydana çıxan ulduz futbolçu 7 qola və 2 məhsuldar ötürməyə imza atıb.