RU

Türkiyə hökuməti: Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək

Türkiyə

İstanbul, 24 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Atatürk Hava Limanının Dövlət Qonaq Evində mətbuata qapalı şəraitdə təşkil olunan iclas 1 saat 15 dəqiqə davam edib.

İclasdan sonra verilən yazılı açıqlamada Türkiyə Aviasiya və Aerokosmik Sənaye Səhmdar Cəmiyyətinin (TUSAŞ) Ankaradakı müəssisəsində törədilən terror aktı, eləcə də terrorla mübarizdə atılan və atılacaq addımların müzakirə edildiyi bildirilir.

Açıqlamada terrorla mübarizə və terrordan təmizlənən Türkiyə üçün ciddi səylərin davam edəcəyi, ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcəyi vurğulanıb.

Toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, administrasiyanın Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini Ömer Çelik iştirak ediblər.

Избранный
208
50
azertag.az

10Источники