RU

Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartların növbəti təzahürü ilə qarşılaşırıq - Deputat

Bakı. Trend:

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycandavəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması vəErmənistanla münasibətlər” adlı qətnamə tamamilə qərəzli vəobyektivlikdən uzaqdır. Təəssüf ki, biz Avropa Parlamentinintimsalında Azərbaycana qarşı ikili standartların növbəti təzahürüilə qarşılaşırıq.

Bunu Trend-ə açıqlamasındaMilli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Avropa Parlamenti 30 ilə yaxın müddətdəAzərbaycan ərazilərinin işğal altında qalması faktına, milyonlarlaazərbaycanlının öz torpaqlarından qovulmasına qətiyyətli vəədalətli mövqe nümayiş etdirməyib. Bu qətnamə bir daha göstərir ki,bizim ölkəmizin tarixi ədaləti bərpa etməsini hələ də həzm etməyənqüvvələr var.

“Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinəəsaslanaraq, öz ərazi bütövlüyü və suverenliyini bərqərar edib.Yüzminlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasınıtəmin edib. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyatakeçirilən quruculuq işlərinin məqsədi nəticə etibarilə həm də buinsanların Ermənistanın işğalçılıq siyasəti nəticəsində kobudcasınapozulmuş hüquqularının bərpasına şərait yaratmaqdır”, - deyədeputat vurğulayıb.

S.Məmmədov qeyd edib ki, Avropa Parlamenti bütün bu faktlarıgörmək istəmir.

“Biz nəinki beynəlxalq münasibətlərdə, eyni zamanda insanhüquqularının qorunmasını özünün ali məqsədləri elan etmişbeynəlxalq təşkilatların qərarlarında ikili standartların şahidioluruq. Avropa Parıamentinin qeyri-obyektivliyini təsdiqləyənfaktlardan biri də bundan ibarətdir ki, bu təşkilat ötən müddətərzində itkin düşmüş 4000-dək yaxın azərbaycanlının taleyinə biganəyanaşıb.

2020-ci ildə 10 noyabr bəyanatının imzalanmasından sonrakıdövrdə 381 nəfər azərbaycanlı mina qurbanı olub. Onlardan 70 nəfərihəlak olub, 311 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Lakin Avropa Paramenti bu faktlara da göz yumub. Bunların heç biriqətnamədə əksini tapmayıb. Azərbaycan birtərəfli qaydada və əsassızşəkildə ittiham olunub”, - deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan regionda sülhün vətəhlükəsizliyin təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir.“COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi ölkəmizin qlobalmiqyaslı problemlərə nə qədər həssas və məsuliyyətlə yanaşdığınıgöstərir. Avropa Parlamentinin bu qətnaməsi isə əksinə CənubiQafqazda sülhün əldə olunması prosesinə maneə yaratmaq məqsədidaşıyır.

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycandavəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması vəErmənistanla münasibətlər” adlı qətnamə tamamilə qərəzli vəobyektivlikdən uzaqdır.

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasıüçün fəal təşəbbüslərlə çıxış edir. Avropa Parlamentinin qətnaməsiisə Cənubi Qafqazda sülhün əldə olunması prosesinə maneə yaratmaqməqsədi daşıyır.

Avropa Parlamenti 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərininişğal altında qalması faktına, milyonlarla azərbaycanlının öztorpaqlarından qovulmasına qətiyyətli və ədalətli mövqe nümayişetdirməyib.

Avropa Parıamenti itkin düşmüş 4000-dək yaxın azərbaycanlınıntaleyinə biganə yanaşıb. “2020-ci ildə 10 noyabr bəyanatınınimzalanmasından sonrakı dövrdə 381 nəfər azərbaycanlı mina qurbanıolub. Avropa Paramenti bu faktlara da göz yumub”, - deyə S.Məmmədovvurğulayıb.

Избранный
16
1
az.trend.az

2Источники