RU

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Mikayıl
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib. 1news.az xəbər verir ki, İqtisadiyyat naziri yüksək intellektə malik, rəqabətqabiliyyətli insan resurslarının dayanıqlı inkişafda önəmini vurğulayaraq, ölkəmizdə kadr potensialının gücləndirilməsi üçün görülən işləri qeyd edib.
Qaliblər İqtisadiyyat Nazirliyi tərəfindən “Yüksəliş” müsabiqəsinin qalibləri üçün hazırlanmış Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərdə ölkəmizdə rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını qeyd ediblər. Proqram çərçivəsində qaliblər üçün beynəlxalq iş təcrübəsi, dövlət və özəl sektor nümayəndələri ilə görüş, idarəetmədə effektivliyin artırılması, resursların səmərəli istifadəsi və təşkilatın məqsədlərinə uyğun çevik qərar qəbuletmə mexanizmləri ilə tanışlıq imkanları yaradılıb. Görüşdə Mentorluq proqramının nəticələri, gənclərin fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bacarıqlarının artırılması, qərarların qəbulunda və idarəetmədə strateji yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Qaliblərə fərdi inkişaf planında müəyyənləşdirilən istiqamətlərdə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.
Избранный
5
6
1news.az

7Источники